Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
07 Noyabr 2016 13:57   6795


Böyütmək üçün şəklin üstünə tıkla
Supermarketlərin Sentyabr - 2016 reytinqi

Dolların şıltaqlığı, qiymət artımları və alıcılıq qabiliyyətinin günü-gündən azalması sektorun gələcəyini şübhə altına salmışdı.

Dolların şıltaqlığı, qiymət artımları və alıcılıq qabiliyyətinin günü-gündən azalması sektorun gələcəyini şübhə altına salmışdı. Arendatorların şişirdilmiş qiymətləri, digər haqq məsələləri sahibkarların bu sahədəki perspektiv yanaşmalarının üstündən xətt çəkməkdədir.

Əlbəttə söhbət öz daxili imkanları ilə biznes quran orta və kiçik sahibkarlardan gedir. Turist axını, bayramlar və yeni tədris ili sahibkarların üzünə təbəssümü müəyyən müddətlik olsa da qaytara bildi.

Bazarstore

Bazarstore Sentyabr ayını hər zaman olduğu kimi sanballı keçirdi. Kampanyalar, müsabiqələr, jurnallar və s. Şəbəkə tədris ilinə rəqiblərinə nümunə olacaq formada, yaxşıca hazırlaşıb və bu tempdə davam edərsə yekunda mütləq əlaçı olacaq.

Araz

Bir Allahın bəndəsi tapılmır ki, bu şəbəkədən razı olduğunu bildirsin. Həm işçilər, həm tədarükçülər və həmçinin müştəriləri n-araz-i salan şəbəkənin yeni sloqanı belədir: “bizdə belədir gərdişi dövran, xoşuna gəlmir yolun açıqdır” (c)

Rahat

Şəbəkədə ciddi struktur dəyişikliyi oldu və yeni kadrlar elə ilk günlərdəcə bombalarını partlatmaqla bu işə əbəs seçilmədiklərini göstərdilər. Daha əvvəl Neptun markasının reallaşdırdığı "Xalq Günü" yarmarkasını Rahat marketlərdə yamsıladılar. Əsas odur ki, iş gedir!

Neptun

Bu şəbəkə öz müştəriləri üçün sözün əsil mənasında dəridən-qabığdan çıxır. Bitmək bilməyən kampaniyalar, aksiyalar, endirimlər… İstehlakçı daha nə istəyir? Desin, Neptun onu da etsin.

Makromart

Şəbəkədə özbaşınalıq höküm sürür. Müştəriyə hədəqorxu, tənqid, təhqir və bütün bunlara baxmayraq ardınca çəkilən 15 dəqiqəlik reklam. Adı? Buyurun: oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.

Bizim Market

Müştəri: Salam, zəhmət olmasa paketlərini maşına qədər aparmağa kömək edin. Yüküm ağırdı. İşçi: Qaqaş, bizə icazə vermirlər! Müştəri: Axı bu bazarlığı sizdən etmişəm, sizə xeyir vermişəm. İşçi: Əşşi, nə olsun? Gündə 1000 nəfər bazarlıq edir və biz onların hamısına kömək etməliyik? İşimiz- gücümüz var.

Grandmart

Facebook-a pul axıtdı. Təqibçiləriniz 3500-dən 11500-ə qalxdı. Və? Məqsəd nə idi? Təqibçilər artdı, bəs keyfiyyət, xidmət? Yoxsa marketinq şöbəsində bekarçılıqmı hökm sürürdü?

Favorit Market

Hər ay 1 filial, 1 uğur. Favorit bazarın 1 nömrəsi olmaq yolunda inamla addımlamaqdadır.

Fresco və Səbət

Çeşid azlığı, işçilərin yerində olmaması, od püskürən qiymətlər Fresco və Səbətin yeni fəlsəfəsidir.

No1

Şəbəkənin 7 filiallndan 5-i bağlanaraq fərqli-fərqli adlarda fəaliyyətə başadı! Digər 2 filial isə müxtəlif sahibkarların sahibkarların işlətdiyi marketlərdir. Bu aydan etibarən reytinq cədvəlimizdən silinəcək.

Bolmart

Dadsız , dussuz daxili istehsal, cemli bulkanın içindən cem tapana, peraşkinin içindən kartof tapana türklər demiş “aşk olsun”.

Armostore

Hələ də müştərilərin qalıq pulların qaytarılmır…

Sarı Market

Şəbəkədə münasib qiymətlə yanaşı yüksək xidmət göstərilir. Çatışmamazlıqlarda öz yerində qalmaqdadır.

Supermarketinq


Oxşar yazılar
08 Mart 2017 16:44
Supermarket reytinqləri - Fevral, 2017
Fevral ayı supermarket pərakəndəsi və ümumilikdə fmcg sektoru üçün məhsuldar bir ay oldu.
30 Yanvar 2017 11:03
2016-cı ildə Azərbaycan pərakəndəsi
Bu yazıda sizlərə pərakəndə sektorumuzun qısa illik hesabatını, marka təhlillərini təqdim etməklə yanaşı, 2017-ci ilin ilk aylıq reytinq cədvəllərini nəzərinizə çatdıracağıq.
20 Yanvar 2017 06:37
Supermarketlərin eReytinqi 4/2016
Supermarketlərin rəqəmsal marketinq kanallarından istifadə səviyyələrində 2016-cı ilin 3-cü rübü ilə mqayisədə gözə çarpacaq qədər artım var.
01 Dekabr 2016 11:51
Supermarketlərin Noyabr - 2016 reytinqi
Pərakəndə sektorunda qan su yerinə axır. Vergi və gömrürk rüsumlarının artımı, əlavə ödənişlərlə yanaşı kommunal xərclərin də qalxması sirkətləri ciddi şəkildə sarsıtdı.
07 Noyabr 2016 14:03
Supermarketlərin Oktyabr - 2016 reytinqi
Pərakəndə sektorunun bütün oyunçularının bu gün üçün tək dərdi var – zərər etmədən bazarda qala bilmək, fəaliyyətlərini davam etdirmək!
07 Noyabr 2016 14:00
Supermarketlərin eReytinqi 3/2016
Artıq rüblüksupermarketlərimizin rəqəmsal marketinq kanallarından necə istifadə etdiklərini qiymətləndirməyə çalışacağıq.

Paylaş