Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
01 Dekabr 2016 11:51   6903


Böyütmək üçün şəklin üstünə tıkla
Supermarketlərin Noyabr - 2016 reytinqi

Pərakəndə sektorunda qan su yerinə axır. Vergi və gömrürk rüsumlarının artımı, əlavə ödənişlərlə yanaşı kommunal xərclərin də qalxması sirkətləri ciddi şəkildə sarsıtdı.

Bu gedişatın məntiqli nəticəsi kimi inkişaf geriləmə ilə əvəzlənib. Gözləyək və görək ki, kim nə qədər tab gətirə biləcək.

Market brendlərimizin noyabr ayı üçün qiymətləndirilməsini sizlərə təqdim edirik.

Neptun

Noyabr ayında hazırlayıb öz müştərilərinə intensiv olaraq təqdim etdiyi kampaniyalarla demək olar ki, bazarda bütün rəqiblərindən fərqlənən şəbəkə hər zaman müştərilərini düşünməkdə davam edir.

Bir sıra çatışmazlıqları, personalın bəzi məsələlərdə qeyri-peşəkar davranmaları ümid edirik ki, rəhbərlik tərəfindən aradan qaldırılacaqdır.

Bazarstore

Şəbəkə ümumi olaraq öz tempində işləməyə davam edir, müştəriyönümlü kampaniyalar və mağazalarda etdiyi yeniliklər təqdirə layiqdir, amma son zamanlar kassirlərin və personalın davranışlarından gələn şikayətlərin ardı-arası kəsilmir.

5 kassadan yalnız birinin işləməsi, mühafizəçilərin kobud davranışı, kassir və personalın vəzifə səlahiyətlərini bilməməsi və yaxud buna əməl etməməsi, filila müdürlərinin də bu vəziyyətə göz yumması heç də xoş bir hal deyil. Ümüd edirik ki, rəhbərlik bununla bağlı öz tədbirlərini görəcəkdir.

Favorit Market

Şəbəkənin keçirdiyi müsabiqələr (aktiv sosial media fəlaiyyətləri), kampaniylar və müştəri yönümlü dəyişikliklər sevindirici haldır. Yeni mağaza açılışından dolayı təbrik edir və tövsiyyə edirik ki, rəhbərlik daxili istehsalata, kassa sisteminə, personalın davranışına nəzarəti gücləndirsin.

Bizim Market

Şəbəkənin bərbad vəziyyətdə olduğununu hər zaman qeyd etmişik və bunu özləri belə təsdiqləyirlər. Şəbəkənin marketinq şöbəsinin işçisinin güya yumurtanın süni və yaxud təbi olduğunu analiz etməsində sanitar gigiyenik normalara əməl etməməsi və qeyri-peşəkarlığı əslində şəbəkənin necə fəaliyyət göstərdiyinin kiçik bir modelidir.

Araz

Şəbəkədən gələn şikayətlər kassalarda qalıq pulun qaytarılmaması, mühafizəçilərin, mağaza müdürləri və administratorların kobudluğu, işçilərin vəzifə öhdəliklərini bilməməsi yönündədir. Son zamanlar yaranan süni yumurta məsələsində Şəbəkə AİB rəhbəri Eyyub Hüseynovu mağazanın daxilində reportaj hazırlatdırıb və maraqlıdır ki, görəsən hansı maraqlar əsasında bu baş verib?

Qurumun öz nizamnaməsinə əks hərəkət etməsinə görəsən nə vadar edib? Heç bir elmi araşdırma və subut olmadan əminliklə müəssənin tərəfini tutan AİB rəhəbrinin deyəsən devalivasiyadan sonra ciddi maliyyə sıxıntıları yaranıb. Sağolsun Araz Marketlər şəbəkəsi istehlakçını və öz müştərisini düşünməsə də digər məsələlərə biganə qalmır.

Rahat

Rahat marketin etdiyi mannequin challenge çox maraqlı alınıb və realliğı əks etdirir. Belə ki, şəbəkənin filiallarına daxil olduqda müşahidə edirsən ki, personalın beyni donub, özləri də donub və nə müştəriyə xidmət var, nədəki məhsullar haqqında məlumatlıdırlar. Hətta kassirlər, administrator və digər personal mağazada olan kampaniyalardan bixəbərdirlər. Donmaq, dondurmaq, artistlik etmək yox işləmək, xidmət göstərmək lazımdır. Hiss olunur ki, marketinq şöbəsi çalışır, amma müştəri üçün yox, Oskar üçün. Oskarı biz paylasaydıq mütləq birini Rahat üçün ayırardıq.

Makromart

Makromarta təyin olunan yeni icraçı drektor şəbəkədə at oynadır. Xadiməsindən tutmuş bölgə müdürünün, mağaza müdürü və hətta müştərilərin belə canini boğazına yığıb. Şəbəkədə hazırda tam bir xaos var və bağlanmaq təhlülkəsi yaşayır.

Müştəri və işçi şikayətləri artmaqda davam edir. Şəbəkənin təcrübəli rəhbəri yəqin ki, bu barədə ciddi şəkildə öz tədbirini görəcək. Yoxsa bu gedişlə şəbəkə özünü uçurumda tapacaqdır.

Bizim Market

Şəbəkənin bərbad vəziyyətdə olduğununu hər zaman qeyd etmişik və bunu özləri belə təsdiqləyirlər. Şəbəkənin marketinq şöbəsinin işçisinin güya yumurtanın süni və yaxud təbi olduğunu analiz etməsində sanitar gigiyenik normalara əməl etməməsi və qeyri-peşəkarlığı əslində şəbəkənin necə fəaliyyət göstərdiyinin kiçik bir modelidir.

Grandmart

Ölüb götürəni yoxdur.

Fresco və Səbət

Şəbəkələr rəqiblərinin sayının artması və bazarda sıxışdırılması, həmçinin satışların azalmasını görüb, şəbəkəyə olan marağı artırmağa çalışır. Səbət öncə mağazada baş verən biyabırçılıqlara son verilməlidir, əks halda bağlanmağa məhkumdurlar.

Bolmart

İşçilərin bir-biriləri ilə qeybət qırmaqdan müştəriyə kömək etməyə vaxtları yoxdur.

Armostore

Ay balam, niyə müştərilərin qəpiklərini qaytarmırsız? Cəhənnəm, yerinə heç olmasa alternativ nəsə təqdim edin!

Sarı Market

Personalın xidməti üst səviyyədə olmasına baxmayaraq, qeyri-peşəkarlıqlarıda yuxarı həddədir.

Bigstore

Market artıq son günlərini yaşayır. Şəbəkədəki bərbad idarəetmə sistemi və antisanitar vəziyyət, personalın qeyri peşəkarlığı və buna bənzər problemlər saymaqla bitməz. Bundan əlavə Qaraçuxur qəsəbəsində yanaraq bağlanan mağazasını Bigstore market yenidən açmaq iqtidarında olmaması şəbəkənin “ipi boynuna keçirdiyini” göstərir. Qeyd olunan filialı Megastore istifadəyə götürərək şəbəkələşməyə qərar verib (3-cü mağaza) və məhz bu səbəbdən növbəti aylardan artıq reytinq siyahımızda Megastore şəbəkəsini də görə biləcəksiniz.

Kontinental

AİB-nin rəhəbri Eyyub Hüseynov demişkən - bu şəbəkə hardan və necə qazanır ki, bu qədər mağazanı saxlaya bilir? İzah edənə 100 Azn veririk.

Supermarketinq


Oxşar yazılar
30 Yanvar 2017 11:03
2016-cı ildə Azərbaycan pərakəndəsi
Bu yazıda sizlərə pərakəndə sektorumuzun qısa illik hesabatını, marka təhlillərini təqdim etməklə yanaşı, 2017-ci ilin ilk aylıq reytinq cədvəllərini nəzərinizə çatdıracağıq.
20 Yanvar 2017 06:37
Supermarketlərin eReytinqi 4/2016
Supermarketlərin rəqəmsal marketinq kanallarından istifadə səviyyələrində 2016-cı ilin 3-cü rübü ilə mqayisədə gözə çarpacaq qədər artım var.
07 Noyabr 2016 14:03
Supermarketlərin Oktyabr - 2016 reytinqi
Pərakəndə sektorunun bütün oyunçularının bu gün üçün tək dərdi var – zərər etmədən bazarda qala bilmək, fəaliyyətlərini davam etdirmək!
07 Noyabr 2016 14:00
Supermarketlərin eReytinqi 3/2016
Artıq rüblüksupermarketlərimizin rəqəmsal marketinq kanallarından necə istifadə etdiklərini qiymətləndirməyə çalışacağıq.
07 Noyabr 2016 13:57
Supermarketlərin Sentyabr - 2016 reytinqi
Dolların şıltaqlığı, qiymət artımları və alıcılıq qabiliyyətinin günü-gündən azalması sektorun gələcəyini şübhə altına salmışdı.

Paylaş