Sorğu
2016-cı ilin marketini siz seçin
Araz
ArmoStore
Bazarstore
BigStore
Bizim
Bolmart
Bravo
Elmar
Favorit
Fresco
Grandmart
Kontinental
Makromart
MegaStore
Neptun
Rahat
Sarı
Səbət
Spar
07 Noyabr 2016 14:00   6613


Böyütmək üçün şəklin üstünə tıkla
Supermarketlərin eReytinqi 3/2016

Artıq rüblüksupermarketlərimizin rəqəmsal marketinq kanallarından necə istifadə etdiklərini qiymətləndirməyə çalışacağıq.

Hörmətli izləyicilərimiz, Supermarketinq reytinq istiqaməti üzrə yeni, eMarket rubrikasına start vermişdir.

Artıq rüblük olaraq supermarketlərimizin müasir dünya ilə ayaqlaşma səviyyəsini, yəni rəqəmsal marketinq kanallarından necə istifadə etdiklərini yazımızın növbəti abzaslarında qeyd edilən meyarlar üzrə qiymətləndirməyə çalışacağıq.

Veb sayt

Veb saytlar rəqəmsal marketinqin ilk kanallarından olmasına baxmayaraq sadəcə bir neçə marketimiz ondan aktiv şəkildə istifadə etməkdədir. Saytlar var, amma məlumatlar yenilənmir və marketin aktivlikləri (kampaniya, aksiya, endirimlər, müsabiqələr və s.) burada öz əksini tapmır. Müsbət nümunə kimi Bazarstore və Neptun marketlərini qeyd edə bilərik.

Onlayn Şopinq

Sadəcə supermarketlər üzrə deyil, ümumiyyətlə ölkəmizdə digər sektorlarda da özünü doğrultmayan rəqəmsal kanaldır. Bir vaxtlar Rahat market bu işin qulpundan yapışsa da uğursuzluğa düçar olmuş və hətta bu gün etibarı ilə marketin saytı belə aktiv deyildir. Onlayn Şopinq xidmətini təklif edən sadəcə bir brendimiz var – Neptun. Baxmayaraq ki, məhsul kateqoriyasında istədyimiz bütün brendləri tapa bilmirik, sifarişin reallaşdırılması, qısa müddət ərzində evinizə çatdırılması rahat bir şəkildə həyata keçirilir.

Sosial Media

Demək olar ki, hər bir mağaza brendi bu kanaldan istifadə edir. Amma sosial səhifələrdən ən uğurlu şəkildə istifadə edən markamız Bazarstore-dur. Sadəcə aksiya, kampaniyalar haqqında məlumatları paylaşmaqla qalmayan market müəyyən günlərə və bayramlara uyğun müsabiqələrlə də auditoriyasını aktiv tutmağa çalışır.

Mobil tətbiqetmələr

Sürətlə mobilləşirik və təəssüflər olsun ki, heç bir market brendimizin (Bravo istisnadır, şəbəkə olmadığı üçün siyahımıza əlavə edilməmişdir) mobil tətbiqetməsi (application) yoxdur. Bu mərhələdə olması da şərt deyil. Çünki, mobilləşmək üçün əsas elementlərdən biri də onlayn şopinq xidmətinin olmasıdır. Bu istiqamətdə hələlik yalnız Neptun mobil tətbiqetmə üçün qollarını çırmalaya bilər.

Supermarketinq


Oxşar yazılar
20 Yanvar 2017 06:37
Supermarketlərin eReytinqi 4/2016
Supermarketlərin rəqəmsal marketinq kanallarından istifadə səviyyələrində 2016-cı ilin 3-cü rübü ilə mqayisədə gözə çarpacaq qədər artım var.
01 Dekabr 2016 11:51
Supermarketlərin Noyabr - 2016 reytinqi
Pərakəndə sektorunda qan su yerinə axır. Vergi və gömrürk rüsumlarının artımı, əlavə ödənişlərlə yanaşı kommunal xərclərin də qalxması sirkətləri ciddi şəkildə sarsıtdı.
07 Noyabr 2016 14:03
Supermarketlərin Oktyabr - 2016 reytinqi
Pərakəndə sektorunun bütün oyunçularının bu gün üçün tək dərdi var – zərər etmədən bazarda qala bilmək, fəaliyyətlərini davam etdirmək!
07 Noyabr 2016 13:57
Supermarketlərin Sentyabr - 2016 reytinqi
Dolların şıltaqlığı, qiymət artımları və alıcılıq qabiliyyətinin günü-gündən azalması sektorun gələcəyini şübhə altına salmışdı.

Paylaş