Sorğu
2016-cı ilin marketini siz seçin
Araz
ArmoStore
Bazarstore
BigStore
Bizim
Bolmart
Bravo
Elmar
Favorit
Fresco
Grandmart
Kontinental
Makromart
MegaStore
Neptun
Rahat
Sarı
Səbət
Spar
07 Noyabr 2016 14:03   6559


Böyütmək üçün şəklin üstünə tıkla
Supermarketlərin Oktyabr - 2016 reytinqi

Pərakəndə sektorunun bütün oyunçularının bu gün üçün tək dərdi var – zərər etmədən bazarda qala bilmək, fəaliyyətlərini davam etdirmək!

Pərakəndə sektorunun bütün oyunçularının bu gün üçün tək dərdi var – zərər etmədən bazarda qala bilmək, fəaliyyətlərini davam etdirmək! Amma oyunun qaydaları heç də asan deyildir. Bu bazarda qalmağın, ayaq üstə durmağın ilkin qaydası icarə ödəməməkdir.

Yəni mağazalar sahibkara aid olmalıdır, əks halda şişirdilmiş arenda haqqları belimizi bükəcəkdir. Digər qaydalar isə – topdan məhsul alışının həcmini böyütmək ki, miqdar artdıqca məhsul vahidi daha ucuza başa gəlir; – stok düzgün idarə edilməlidir, yəni lazım olan məhsullar elə lazımi miqdarda rəflərdə müştərilərini gözləməlidir;

Sadaladıqlarımızın olmaması və üstəlik kəskin rəqabət, gömrük rüsumları və vergi ödənişlərinə əlavələr, bahalaşan məhsullar fonunda bazarın bu böhranına tab gətrimək mümkün olmayacaqdır.

Bazarstore

Şəbəkə öz nizamlı işin davam etdirməkdədir.

Araz

Şəbəkə möhtəşəm 100 gün kampaniyasın yenidən keçirir. Görünür ilk kampaniya effektiv olub. Bundan əlavə olaraq Spar marketlərinin sayını artırmaq fikrindədir.

Rahat

Rahat marketin kollektivi dağıldıqdan sonra market narhat vəziyyətdədir. Satışlar günü-gündən düşür, marketlərdə çeşid çatışmamazlığı var və qeyri peşəkar personallla bu şəbəkənin nə qədər davam edəcəyi sual altındadır?

Neptun

Sayı günü-gündən artan kampaniyalar, müştərilər üçün yaradılan yüksək şərait və hədiyyələr, promosiyalar şəbəkənin müştərilərinə verdiyi önəmi əks etdirir.

Makromart

Makromart son açdığı filiallarda uğur qazana bilməməsindən əvvəlki inkişaf tempindən uzaq düşür. Müştəri narazılıqları isə artmaqdadır.

Bizim Market

CCCP, Bazar və Bizim market arasındakı əlaqəni siz tapın. Grandmart Şəbəkə bazarda qala bilmək üçün yeni həll yolları axtarışındadır.

Favorit Market

Şəbəkənin son vaxtlar keçirdiyi kampaniyalar və bazarda atdığı atdımlar təqdirə layiqdir.

Fresco və Səbət

Bir neçə mağazanın bağlanılması haqqında düşünülür.

Bolmart

Şəbəkədəki kobud idarəetmə sistemi, qalıq pulların qaytarılmaması və işçilərin diqqətsizliyi müştərilərdə narazıçılıqlara səbəb olur.

Armostore

Daxili istehsalatda keyfiyyət problemi mövcuddur. Xidmət isə cəmi bazarımızın ana problemidir.

Sarı Market

Sarı bazarın bu günə olan ucuzluq trendi ilə ayaqlaşamağa səy göstərir.

Supermarketinq


Oxşar yazılar
20 Yanvar 2017 06:37
Supermarketlərin eReytinqi 4/2016
Supermarketlərin rəqəmsal marketinq kanallarından istifadə səviyyələrində 2016-cı ilin 3-cü rübü ilə mqayisədə gözə çarpacaq qədər artım var.
01 Dekabr 2016 11:51
Supermarketlərin Noyabr - 2016 reytinqi
Pərakəndə sektorunda qan su yerinə axır. Vergi və gömrürk rüsumlarının artımı, əlavə ödənişlərlə yanaşı kommunal xərclərin də qalxması sirkətləri ciddi şəkildə sarsıtdı.
07 Noyabr 2016 14:00
Supermarketlərin eReytinqi 3/2016
Artıq rüblüksupermarketlərimizin rəqəmsal marketinq kanallarından necə istifadə etdiklərini qiymətləndirməyə çalışacağıq.
07 Noyabr 2016 13:57
Supermarketlərin Sentyabr - 2016 reytinqi
Dolların şıltaqlığı, qiymət artımları və alıcılıq qabiliyyətinin günü-gündən azalması sektorun gələcəyini şübhə altına salmışdı.

Paylaş