Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
x
Sorğu

Marketlərin qiymətləndirilməsi 5 ballıq sistem üzərindən aparlır:

1  – aşağı, 5  – yuxarı

Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.
Keyfiyyət : *
Qiymət :
Xidmət :
Çeşid :
Aksiyalar :

* Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.

01 Yanvar 2017 05:30   455


Böyütmək üçün şəklin üstünə tıkla
Amazondan uçan anbar layihəsi

Patent, alıcıları şəbəkələşdirilmiş çatdırılma və anbar ehtiyatı artırması ilə təmin edir.

İnternet-ticarət şirkəti Amazon, böyük uçan anbar layihəsinin patentini təqdim edib. Dronlar (pilotsuz uçan qurğu) əsasında təşkil olunan bu təyyarə, malların mühüm yerlərə çatdırılmasına xidmət edəcək.



Amazonun məlumatına əsasən, anbarın, müəyyən mallara daha çox tələb olan coğrafi nöqtələrə göndərilməsi nəzərdə tutulub.
Yəni, suvenir və qida məmulatlarının daha çox satıldığı böyük idman yarışları və ya festivallar kimi yerlər.

Patentdə həmçinin, ehtiyatı artırmaq üçün istifadə olunacaq uçan xidmət vasitələri də nəzərdə tutulub.

Amazon hava donanması

Bu addım, şirkətin malların çatdırılmasında dronlardan istifadə planlarını artırmaq üçün atılır. Dekabr ayında Amazon poçtalyon dronları, sınaq proqramı əsasında Britaniyanın Cambridge şəhərində ilk çatdırılmasını edib.
Elanın verildiyi sənədlərdə Amazon nümayəndələri izah ediblər ki, adi anbarla nisbətdə uçan anbarlardan istifadə, bağlamaların çatdırılmasını sürətləndirəcək.

Şirkət həmçinin bildirib ki, yüklü dronlar, təxminən 14 min kilometr hündürlükdən uçacaq və demək olar ki, heç bir enerji istifadə etmədən tədricən aşağı enəcəklər.

Dronların istehsalı ilə məşğul olan bir çox kompaniya, onların, hazırda bir o qədər də yaxşı olmayan uçuş müddətini uzatmaq üzərində işləyirlər.



Şirkət, patent haqqında ətraflı məlumat sualını cavablandırmayıb.

Patentin real kommersiya planı əsasında istehsalı və ya sadəcə konsepsiya olaraq qabaqcadan patentləşdirilməsi aydın deyil.
Patent, 2014-cü ilin sonunda qəbul olunsa da, bu haqda məlumat yalnız indi yayılıb.

bbc.com

Oxşar yazılar
25 Mart 2017 03:49
Amazondan daha bir satınalma
Amazon.Com, Dubayın internet pərakəndə satıcısı Souq.com-u satın almaq üçün razılaşıb.
28 Dekabr 2016 12:01
Dünyanın ən dəyərli pərakəndəçisi Amazondur.
Elektron ticarət sahəsində nəhəng şirkət olan Amazon şirkəti dünyanın ən bahalı pərakəndə brendi elan edilib.
05 Dekabr 2016 15:13
AmazongGo heyrətləndirir...
Nə növbə var, nə də kassir. Məhsulu rəfdən götürmək kifayətdir!  

Paylaş