Sorğu
2016-cı ilin marketini siz seçin
Araz
ArmoStore
Bazarstore
BigStore
Bizim
Bolmart
Bravo
Elmar
Favorit
Fresco
Grandmart
Kontinental
Makromart
MegaStore
Neptun
Rahat
Sarı
Səbət
Spar
02 Yanvar 2017 16:47   297


Böyütmək üçün şəklin üstünə tıkla
2016-ya peşəkar baxış - Tural Fatullayev

Bu ildən rubrikamızda gənc peşəkarlara da yer ayırırıq və ilk qonağımız Genna Baku agentliyinin Kreativ Sosial Media Meneceri Tural Fatullayevdir. 

1. İlin ən yaxşı sosial media kampaniyası

Super Ata - Paşa Həyat Sığorta. Kampaniya şirkətin hədəf kütləsinə yönəlir və ata obrazının əks olunduğu tv reklamının sosial məcraya adaptasiyasıdır.



2. İlin ən yaxşı tv reklamı

P&G. Keyfiyyət sərfəlidir. Bütün Azərbaycan sınayır. Sən də sına.

Obraz olaraq Bəhram Bağırzadənin çəkilməsi neqativ qarşılansa da qısa müddət ərzində ən çox xatırlanan və danışılan reklamlardan oldu. 




3. İlin marketinq hadisəsi

Satanizm! Rəhman Əhmədov öncə fərqlənmək üstünlükdür dedi və doha sonra marketinq mühitimizdə ilk dəfə həm adı, həm dizaynı, həm də kontenti ilə haqqında kifayət qədər danışılan bir kitabla qarşımıza çıxdı.  




4. İlin milli brendi

Kreki. Ad seçimi, marka mövqeləndirməsi, reklamları, sosial media idarəçiliyi - bir sözlə hər şey bu markanı mənim gözümdə ilin brendi edir.



5. İlin viralı

Face Studio. Lazer et, tez ərə get. Həm sloqan trendləşdi, həm də reklam çarxı sürətlə virallaşdı. Viral Face Studio-nun kütləvi tanıtımında böyük rol oynadı.

6. Market seçiminiz və səbəi? MegaStore. Çünki göstərdikləri xidmətin alternativi yoxdur.  

Supermarketinq


Oxşar yazılar
10 Yanvar 2017 04:05
2016-ya peşəkar baxış – Renat Əzməmmədov
Rubrikamızın növbəti qonağı Özsüt restoranlar şəbəkəsinin qurucu ortağı - Renat Əzməmmədovdur.
07 Yanvar 2017 14:36
2016-ya peşəkar baxış – Tamerlan İsmayılov
Rubrikamızın növbəti qonağı Brandup agentliyinin direktoru Tamerlan İsmayılovdur.
04 Yanvar 2017 16:32
2016-ya peşəkar baxış - Fərhad Ələkbərov
Rubrikamızın növbəti qonağı New America School şəbəkəsinin rəqəmsal marketinq mütəxəssisi Fərhad Ələkbərovdur.
26 Dekabr 2016 14:37
2016-ya peşəkar baxış - Ramil Cabbarov
Rubrikamızın növbəti qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor köməkçisi, müəllimi Ramil Cabbarovdur. 
25 Dekabr 2016 03:57
2016-ya peşəkar baxış - Vüsal Qəmbərov
Rubrikamızın növbəti qonağı marketinq üzrə konsultant, Tirana Epoka Universitetinin Assistent Professoru Vüsal Qəmbərovdur
23 Dekabr 2016 08:28
2016-ya peşəkar baxış - RQ Əhmədov
Hər il oldğu kimi bu il də ənənəmizə sadiq qalaraq başa vurduğumuz ili peşəkarlar tərəfindən dəyərləndiririk. 
17 Noyabr 2016 14:23
Market evimiz, müştərilər qonağımızdır.
Reportaj rubrikamızın bugünkü qonağı MegaStore və Sarı marketlər şəbəkəsinin rəhbəri Eşqin İsmayılovdur.

Paylaş