Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
x
Sorğu

Marketlərin qiymətləndirilməsi 5 ballıq sistem üzərindən aparlır:

1  – aşağı, 5  – yuxarı

Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.
Keyfiyyət : *
Qiymət :
Xidmət :
Çeşid :
Aksiyalar :

* Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.

04 Yanvar 2017 15:50   727


Böyütmək üçün şəklin üstünə tıkla
Pərakəndə savaşları

Pərakəndə sektoru İqtisadiyyatın qızıl qanadlı bülbülüdür. (c)

Bu savaşda kim uduzdu kim uddu?
Peşimanı kim olacaq görəsən?

Əgər Bülbül səhər günəşinin ilk parıltısıyla ötürsə demək iqtisadiyyatda bütün daşlar öz yerindədir, yox əgər bir kol dibinə çəkilib boynunu bükübsə qapıdaki təhlükədən qorxmağın zamanı gəlmişdir.

Keçən iki il ölkə üçün bir çox yeniliklərin təcrübəsi ilə yadda qadı. Keçmiş inkişaf modellərinin etibarsızlaşdığını, modern dünyanın yetmişinci illər Sovet ekonomik sistemləri ilə heç cürə ayaqlaşmadığını, qonşuya ümid olan şamsız qalar atalar sözünün çağımıza adaptasiya ilə desək  “Drubaya ümid olan diferensiallaşar” versiyasını öyrətdi bizə.

Ölkə valyutasının üzən məzənnəyə keçidi və buna paralel xərclərdəki (enerji daşıyıcıları, kira xərcləri, personal xərcləri) kəskin artış ölkədəki hər kəsi ölümcül rəqabət mühitinin içinə sürüklədi.

İdxalata bağlı istehlak bazarında əsasən xaricdən gətirilən məhsulların başı çəkməsi mövcud durumda mənfəətini artırmaq istəyən sahibkarı Çin üsullu çalışmağa sövq edər oldu. Xaricdən gətirilən məhsulların tərkibində edilən dəyişim, xidmətlərdəki keyfiyyətsizləşmə, qısa müddətli qazanc üçün oynana oyunlar bu yolda atılan addımlardan cəmi bir ikisidir.  

Ticari zəkası ancaq endirim, endirimə endirim, endirimə endirimə endirim  etməyə yetən firmaların (daha çox marketoloqların) zərər girdabına yuvarlanma və uzun dönəmdə iflasa ya da başqa rəqibə satılması gələcəkdə mənfəətsiz çalışmanın sonuçları adına sıxlıqla görəcəyimiz nümunələrdən olacaq.

Qiymət rəqabət üçün ən əsas silah olsa da bu silahın nişangahı dolayı yolla iqtisadiyyata tuşlanmışdır. İstehsalçılara və distributorlara qiymətlərə endirim təzyiqi başlıca olaraq pərakəndəçilərdən gəlir. Müştərisinə Ən ucuz qiymət Bizdədir mesajı verməyi özünə şan şöhrət bilən supermarketlər rəflərindəki markaların sahiblərini minimum mənfəətlə çalışmağa məhkum ediblər.


Wallmart  illik 400 milyard dolları aşan illik ticarət həcmi ilə dünyadaki ən böyük hipermarket zinciridir. ABD də aparılan bir araşdırmaya görə Wallmart”a məhsul satan firmaların çoxu hipermarketlə ticari əlaqədan sonra zərərinə çalışmağa başlamış və dövlətə vergi ödəyə bilmədikləri ortaya çıxmışdır. Wallmart”la partnerlikdən öncə mənfəətlə çalışan və vergi verən bu firmalar pərakəndəçinin endirim təzyiqinə boyun əyərək qiymətləri endirmiş və bugünkü qazancsız duruma gəldikləri ortaya çıxmışdır.

Səhər qapısını açdığın Məscid deyilsə Qazanc əldə etməyə məcbursan!!!

Müsbət dəyər, dolayısı ilə desək “kar yaxud mənfəət” sahibinə ya mülk aldırar ya istehlak malları, ya mövcud işini böyütdürər ya da yeni işlərə investisiya üçün stimullaşdırıcı rol oynayar. Qısacası, qazanc sonrası atılan bu addımlar iqtisadiyyatın böyüdər dolayısı ilə daha çox insana iş və gəlir olaraq geri dönər.

Əhalisi 9 milyonu keçən ölkəmizdə zərzibalı rəsmi rəqəmlərlə danışmasaq işsizlik hər keçən gün ciddi artış göstərməkdədir. Bu insanların işlə təmin edilməsi üçün tək və gerçək çözüm sahibkarların qazanclı çalışması və əldə etdikləri qazancla yatırım və istehlaklarını artırmalarıdır.

Şirkətlərin mənfəətlərini artırmaq üçün dövlət sabit xərcləri azaltmaq adına addımlar atmalıdır. İxracata dəstək programları üzərində çalışan dövlət dünya bazarında rəqabətli məhsul istəyirsə istehsalçısının üzərinə qoyduğu xərcləri azaltmalı hətta müəyyən prioritet sahələr üçün bir çox vergi və ödəmələri ləğv etməlidir. Bütün vergilərdən azad Özbəkistan torpağında avtomobil istehsal edən Daewoo ilə rəqabətdən NAZ istehsalı maşınlar başqa cürə çətin qalib ayrıla bilər.

Dövlət tərəfindən atılacaq addımlardan biri də istehsal olunmuş məhsulların üzərində şirkətlərin mənfəətli çalışma faizinin müəyyən olunması və tövsiyyə olunan satış qiymətlərinin göstərilməsidir.

Satış qiymətini ( pərakəndəci tərəfindən rəfdəki məhsula qoyulmuş qiymətdir) individual müəyyənləşdirən pərakəndəçilərin hesabına bir məhsulun qiyməti yerinə görə fərqlilik göstərə bilir. Pərakəndəçilər istehsalçı tərəfindən tövsiyyə olunan satış qiymətini ( tövsiyyə olunan satış qiyməti istehsalçı və ya distributor tərəfindən müəyyən edilən, bazardaki vahid qiymət strategiyasını qorumaq adına atılan addımdır)  məhsulun üzərində görməkdən heç də məmnun olan tərəf deyillər. Pərakəndəçilər satış qiymətini özlərinin müəyyən etməsinin onların lehinə olduğunu düşünməkdədirlər. Əslində qiymət rəqabətindən qalib ayrılmaq üçün endirim üstünə endirim edən satış nöqtəsi həm özünün, həm də tədarükçü firmalarının mənfəətini minimizə edərək iflasa sürükləyirlər.

Məhsulun üzərində tövsiyyə olunan qiymətin olması bütün tərəflərə aşağıdaki faydaları gətirəcəkdir.

  • İstehlakçı məhsulun bölgəyə görə dəyişən yox gerçək dəyərini bilmiş olacaq,
  • Pərakəndəçilərdən, istehlakçılardan istehsalçı və distributorlara gələn qiymət endirimi təzyiqi azalmış olacaq,
  • Pərakəndəçilər məhsulu istehsalçısının müəyyən etdiyi qiymətdən daha baha satmaqdan çəkinəcəyinə görə istehlakçılar aldadılmaqdan qorunmuş olacaqdır.
  • Satış nöqtələri endirimli qiymət yerinə keyfiyyətli xidmətlə rəqabətə fokuslanacaqdır.
  • Endirim kampanyaları azalacağından zincirin bütün halqaları daha qazanclı çalışacaqdır.
  • Məhsulun üzərində qiymət olduğu üçün qiymət kağızları, onların hazırlanma xərcləri, rəflərdə düzülməsi üçün xərclənən zaman və puldan qənaət ediləcəkdir.

Dünya təcrübəsində rəflərdə satılan məhsulların cəmi 10% də tövsiyyə olunan qiymət etiketlərini görmək mümkündür. Geri qalan 90% i satış nöqtəsinin müəyyən etdiyi satış qiymətləridiri. Statistik hesbalamalar bu çalışma prinsipinin digəri ilə müqayisədə həm istehsalçısına, həm distributoruna həm də pərakəndə satış nöqtəsinə daha mənfəətli iş imkanı təqdim etdiyini göstərir.

Elşən S. Məhərov

Oxşar yazılar
04 Yanvar 2017 16:06
Bazardaki Piranhalar və Suların Axmazlığı
Güney Amerikanın axar sularında yaşayan, kiçik amma yırtıcılığı ilə diqqət çəkən balıq cinsidir “Piranhalar”.

Paylaş