Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
04 Yanvar 2017 16:32   924


Böyütmək üçün şəklin üstünə tıkla
2016-ya peşəkar baxış - Fərhad Ələkbərov

Rubrikamızın növbəti qonağı New America School şəbəkəsinin rəqəmsal marketinq mütəxəssisi Fərhad Ələkbərovdur.

Ümumiyyətlə, Rəqəmsal marketinq sahəsində 2016-cı il Azərbaycan üçün çox sürətli inkişaf və dəyişikliklərlə yadda qaldı. Əlbəttə ki, bu dəyişikliklər müsbət yöndə canlanıb. 

Bu yazıda bütün baş vermiş hadisələri əhatə edə bilməsəm də, çalışacam bir çox vacib hadisələrə toxunum. İlk nəzərdən keçirdiyim sahə bloqlar oldu. Bu həm müxtəlif Rəqəmsal marketinq haqqında yazan bloqçuların bloqları, həm də Facebook və YouTube kanallarını gəlir mənbəyinə çevirən yumoristik, əyləncəvi, oyun icmalı və tədris yönümlü aiddir. Məsələn, Orxan Rzayev (http://orkhanrza.com/) ümumi yazılarının sayına görə daha çox Rəqəmsal marketinqdən yazmağa başladı. Samir Kərimov (http://samirkarimov.com/) isə demək olar ki, il ərzində ancaq Rəqəmsal marketinq haqqında müxtəlif biliklər paylaşırdı. İlin sonunda Niyazi Qasımov (http://qasimsoy.info/) və Xəyal Quliyev (http://xeyalquliyev.com/) də bu siyahıya qatılıb, öz biliklərini bölüşməyə söz veriblər. Ötən ay http://digitalmarketing.az/ layihəsinin yaranması isə bu siyahıya bir qədər dad qataraq, bu sahə üzrə müxtəlif yazıları və layihələri özündə cəmləyə başlayıb. 



Digər tərəfdən, videobloqçular yaman tüğyan edir. Bu günlərdə Azerbaijan Best Awards tərəfindən gənc aktyor kimi birinci yerə layiq görülən, müxtəlif reklamlara çəkilən və forumlarda spiker kimi iştirak edən Hüseyn Əzizoğlu öz Üç-Üz Facebook səhifəsini Influencer kimi istifadə etməyi bacarıb. Digər tərəfdən İkibaşlı Show səhifəsi qəhrəmanları və eyni zamanda Taleh Yüzbəyov da həmkarlarından geri qalmırlar. Məsələn, Talehin son günlərdə World Telecom üçün çəkdiyi və öz səhifəsində bölüşdüyü videoçarx çox maraqlı alınıb və insanların marağını cəlb edib. Hələ sizə Instagram profilində yüz minlərlə izləyicisi olan sosial media ulduzlarının Sədərəkdəki dükanları, filankəsin bərbər dükanını, qutabçısını reklam edənlərdən danışmıram. Son ildə Influencer marketinq yaman inkişaf edib. 

 
Influencer marketinq demişkən, Keepface.com saytının məhz 2016-cı ildə öz Influencer-lər bazasının genişləndirməsi də bir maraqlı məqamdır. Bildiyim qədər onlarla əməkdaşlıq edən şirkətlərin sayı bu da il artıb və növbəti il üçün daha çox olacağı gözlənilir. Görünür qeyri-ənənəvi yol ilə məhsulların tanıtmını etmək istəyən şirkətlərin və şirkət rəhbərlərinin sayı getdikcə artır. Bir qədər öncə qeyd etdiyim kimi, rəy liderlərinə olan maraq Davud Məmmədov, Mehriban Həsənova, Ramin Musayev və digər geniş auditoriyaya sahib insanların marketinq forumlarına dəvət edilməsi, bu sahənin yalnız inkişafından söz açır. Bu il hələ restoranların açılışına, AZAL-ın paştetini yeməyə gedən qlamur sosial media ulduzları da dəvət edən şirkəti reklam edəcəyi əvəzində pulsuz yeyib-içmək, xüsusi miqdarda ödəniş və hətta Avropanı və Amerikanı gəzmək imkanına sahib olublar.

 
2016-cı ildə ölkədə "Real zamanda marketinq" postlarının sürətlə artmasının şahidi olduq. Bu sahədə "Daha tez reaksiya verəcək" nominasiyası uğrunda 189 Taxi və Vizam.az şirkətlərinin Facebook səhifələri mübarizə aparırdılar. Əlbəttə ki, digər şirkətlərin də il ərzində bu sahə üzrə çox maraqlı postlarına rast gəlmişik. Trump, yağış, qar ... Amma məsləhətim odur ki, hər mövzuya da bir RTM etmək o qədər də məsləhətli deyil. 
 
Bu il ölkədə Rəqəmsal marketinq sahəsi üzrə ilk yerli kitab işıq üzü gördü. Pərviz Əzimovun yazdığı kitab bu sahə üzrə yeni başlayan şəxslər üçün böyük şans oldu. Bu sahədə fəaliyyət göstərən bir qism mütəxəssisin isə neqativ yanaşması oldu ki, bu mövzuda bir qədər neytral olmağa çalışdım. Çünki, kitabın adından göründüyü kimi Rəqəmsal marketinq - Bələdçi idi və bu sahənin baza bilikləri təqdim olunması üçün yazılmış bir kitabdır. Sadəcə bu sahədə yeni olduğu üçün bir çox mütəxəssislər real keyslər, daha dərin mövzuları əhatə edən hissələr gözləyirdilər. Bu səbəbdən kitab müəyyən tənqidə tuş gəlsə də, ilk olmağı bacardı. 

 
Digər tərəfdən, bu sahə üzrə təlimlərin sayı sürətlə artmağa başladı. Orxan Rzayevin və Brandup reklam agentliyinin SMM təlimi, Xəyal Quliyevin və Digital AIR-in Rəqəmsal marketinq sahəsi üzrə təlimləri müxtəlif sahədən olan insanlara praktik biliklər bəxş edib. Bu təlimlərdə iştirak etməyən şəxs kimi bir qiymətləndirmə kriteriyası qeyd edə bilməyəcəm. Lakin, hər zaman bilik bölüşümü inkişaf deməkdir. 
 
Ümumiyyətlə danışılacaq mövzular çoxdur. Lakin, mövzunu BEAT Group reklam agentliyi tərəfindən ilin sonunda elan edilən BOMBA sosial media mükafatı gələn ilin fevralında keçirilməsinə baxmayaraq, zənnimcə 2016-cı il üzrə fərqli sahələrdə olan trendləri ifşa etməkdə böyük rol oynayacaq. 



Gizli olaraq deyim ki, nominasiyalar barədə azacıq xəbərim var. Amma, heç birinizə deməyəcəm! :) Çünki, sirrdir. Vaxtı gələndə hər biriniz ilə bölüşəcəklər. 

2017-ci il üçün dünya və Azərbaycan üçün müəyyən gözləntilərim var. Özüm Azərbaycan bazarı üçün artıq demək olar ki, bir böyük iş görməsəm də, müəyyən dostlara və şirkətlərə dəstək verəcəm. Bütün şirkətlərə bu 18% ƏDV-li ildə uğurlar arzulayıram! 

Supermarketinq


Oxşar yazılar
10 Yanvar 2017 04:05
2016-ya peşəkar baxış – Renat Əzməmmədov
Rubrikamızın növbəti qonağı Özsüt restoranlar şəbəkəsinin qurucu ortağı - Renat Əzməmmədovdur.
07 Yanvar 2017 14:36
2016-ya peşəkar baxış – Tamerlan İsmayılov
Rubrikamızın növbəti qonağı Brandup agentliyinin direktoru Tamerlan İsmayılovdur.
02 Yanvar 2017 16:47
2016-ya peşəkar baxış - Tural Fatullayev
Bu ildən rubrikamızda gənc peşəkarlara da yer ayırırıq və ilk qonağımız Genna Baku agentliyinin Kreativ Sosial Media Meneceri Tural Fatullayevdir. 
26 Dekabr 2016 14:37
2016-ya peşəkar baxış - Ramil Cabbarov
Rubrikamızın növbəti qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor köməkçisi, müəllimi Ramil Cabbarovdur. 
25 Dekabr 2016 03:57
2016-ya peşəkar baxış - Vüsal Qəmbərov
Rubrikamızın növbəti qonağı marketinq üzrə konsultant, Tirana Epoka Universitetinin Assistent Professoru Vüsal Qəmbərovdur
23 Dekabr 2016 08:28
2016-ya peşəkar baxış - RQ Əhmədov
Hər il oldğu kimi bu il də ənənəmizə sadiq qalaraq başa vurduğumuz ili peşəkarlar tərəfindən dəyərləndiririk. 
17 Noyabr 2016 14:23
Market evimiz, müştərilər qonağımızdır.
Reportaj rubrikamızın bugünkü qonağı MegaStore və Sarı marketlər şəbəkəsinin rəhbəri Eşqin İsmayılovdur.

Paylaş