Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
07 Yanvar 2017 14:36   486


Böyütmək üçün şəklin üstünə tıkla
2016-ya peşəkar baxış – Tamerlan İsmayılov

Rubrikamızın növbəti qonağı Brandup agentliyinin direktoru Tamerlan İsmayılovdur.

1. Ən yaxşı ad

Çaynataun – Yusif Səfərov küçəsində çay evidir. Həmçinin, loqosunu da çox bəyənirəm. Sima olaraq da əsasən Jackie Chan-dan istifadə edirlər. Bu tip konseptlər yaratmaq çox yaxşıdır, gedişatda şirkətin marketinq işlərini rahatlaşdırır və daha sürətlə tanınmasına səbəb olur, amma bir müddətdən sonra ideyaların bitməsi və ya müştərilərin eynilikdən bezməsi təhlükəsi də var.

2. İlin trendi

Bu il üçün əslində çox trend saymaq olar, siyahının başında isə əlbəttə Manatın aqibətidir. Bütün il boyu bu məsələ şəxslərin və şirkətlərin gündəmində oldu. Bundan başqa Facebook-un yeni tətbiqləri, yeni emosiyalar, 360˚ foto və video imkanları, VR və s. də bu ilin trendi sayıla bilər.

Şəklin müəllifi: Orxan Əhmədov

 

4. İlin marketinq hadisəsi

Bu il həm lokal, həm qlobal markalar arasında SEM, SEO və SMM-ə maraq artdı. Təbii ki, şirkətlər bunun qaçılmaz olduğunu, həmçinin hədəf kütləyə ən yaxşı xitab edə biləcəyi yer olduğunu günü-gündən daha yaxşı başa düşür. SMM daxilində RTM-in (real-time marketing) şirkətlər tərəfindən ciddi istifadə olunmasını xüsusi vurğulamaq istərdim. RTM özü bir trendə çevrildi bu il. Bir söhbət olsun, RTM edək. Bu işdə də 189 TAXI, vizam.az, Embawood, Kapital Bank, Bank of Baku və s. kimi şirkətlər seçildi.

5. İlin reklamı

Bəlkə də, çox zaman ayırsam başqa reklamlar da ağlıma gələrdi, amma ilk bu gəldiyi üçün, haqqına girmədən onun adını çəkmək istəyirəm. Söhbət Kreki – Lovğalanma, Kreklə! (terminator) reklamından gedir, bu qədər effektlər və s. olmasına baxmayaraq hər şey çox qədərində alınıb, əhsən!

6. Bəyəndiyiniz milli marka? IDEA

7. Market seçiminiz və səbəbi? Bravo – çeşid çox olduğu üçün, Araz market isə sırf meyvə üçün, ən ucuz və keyfiyyətli meyvəni orda tapıram.

Supermarketinq


Oxşar yazılar
10 Yanvar 2017 04:05
2016-ya peşəkar baxış – Renat Əzməmmədov
Rubrikamızın növbəti qonağı Özsüt restoranlar şəbəkəsinin qurucu ortağı - Renat Əzməmmədovdur.
04 Yanvar 2017 16:32
2016-ya peşəkar baxış - Fərhad Ələkbərov
Rubrikamızın növbəti qonağı New America School şəbəkəsinin rəqəmsal marketinq mütəxəssisi Fərhad Ələkbərovdur.
02 Yanvar 2017 16:47
2016-ya peşəkar baxış - Tural Fatullayev
Bu ildən rubrikamızda gənc peşəkarlara da yer ayırırıq və ilk qonağımız Genna Baku agentliyinin Kreativ Sosial Media Meneceri Tural Fatullayevdir. 
26 Dekabr 2016 14:37
2016-ya peşəkar baxış - Ramil Cabbarov
Rubrikamızın növbəti qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektor köməkçisi, müəllimi Ramil Cabbarovdur. 
25 Dekabr 2016 03:57
2016-ya peşəkar baxış - Vüsal Qəmbərov
Rubrikamızın növbəti qonağı marketinq üzrə konsultant, Tirana Epoka Universitetinin Assistent Professoru Vüsal Qəmbərovdur
23 Dekabr 2016 08:28
2016-ya peşəkar baxış - RQ Əhmədov
Hər il oldğu kimi bu il də ənənəmizə sadiq qalaraq başa vurduğumuz ili peşəkarlar tərəfindən dəyərləndiririk. 
17 Noyabr 2016 14:23
Market evimiz, müştərilər qonağımızdır.
Reportaj rubrikamızın bugünkü qonağı MegaStore və Sarı marketlər şəbəkəsinin rəhbəri Eşqin İsmayılovdur.

Paylaş