Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
x
Sorğu

Marketlərin qiymətləndirilməsi 5 ballıq sistem üzərindən aparlır:

1  – aşağı, 5  – yuxarı

Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.
Keyfiyyət : *
Qiymət :
Xidmət :
Çeşid :
Aksiyalar :

* Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.

11 Yanvar 2017 21:15   1010


Böyütmək üçün şəklin üstünə tıkla
Həm ziyarət, həm də daha ucuz ticarət mərkəzi!

Supermarketinq olaraq 2016-cı ildə başlatdığımız tərəzi layihəsinin ikinci mərhələsinə start verdik.

Tərəzi-2 layihəsin ilkin müqayisə obyektləri ticatət mərkəzlərində fəaliyyət göstərən supermarketlərdir. 2017-ci ilin ilk müqayisəsi isə 10 Yanvar tarixində Gənclik Mallda yerləşən Bravo market və 28 Mallda yerləşən Bazarstore market arasında aparılmışdır.

Müqayisə əvvəlcədən müəyyənləşdirilmiş məhsul siyahısına uyğun olaraq yuxarıda qeyd edilən tarixdə, axşam saat 9-10 radələrində aparılmışdır. Nəticələri 2 ayrı alış-veriş səbəti və 3 spesifik məhsul üzərindən sizlərə təqdim edirik.

1-ci səbət

Gördüyünüz kimi bu səbətdə alış-veriş üstünlüyü BazarStoredadır və qənaət məbləği 1 manatdır.

2-ci səbət



İkinci səbətdə isə üstünlük Bravo marketdədir və qənaət məbləği 66 qəpikdir.

Spesifik məhsul 1

Kərə yağı mətbəximizin demək olar ki bir nömrəli məhsullarındandır və müqayisəmizdə BazarStore da 200 qramlıq Anchor yağı kifayət qədər ucuzdur. Qənaət məbləği isə 70 qəpikdir. 




Spesifik məhsul
 2

Enerji içkiləri ölkəmizdə də maraqlı qarşılanmış və mütəmadi istehlak edilən məhsullardır. Bu bazarı ilk dəfə formalaşdıran Red Bull markasının hər iki marketdə qiyməti demək olar ki, eynidir.

Sonda alış-verişin reallığını sübut etmək üçün müvafiq çekləri diqqətinizə çatdırırıq.

Spesifik məhsul 3

Kola dedikdə ağlımıza ilk gələn iki markadan biri olan Pepsinin 1 litrliyinini müqayisəsində də BazarStore daha sərfəlidir. Qənaət məbləği 16 qəpikdir.



Qeyd: Bravo marketin çekində snickers (kassada nəzərdən qaçıb), sab kolbasası (mağazada yox idi) qeyd edilməyib. Yekunda Bravo marketdə alış-veriş məbləği 66 manat 23 qəpik, BazarStoreda 69 manat 3 qəpik olmuşdur.

 

 Bizdən müqayisə, sizdən seçmək. Növbəti layihələrdə görüşənədək. Tərəzidə nə siz aldadın, nə də sizi aldatsınlar! 

Supermarketinq

Oxşar yazılar
16 Mart 2017 11:45
Tərəzi 2 | Bolmart - Araz
2016-cı ilin son rübündə başlatdığımız Tərəzi 2 layihəsinin bu il üçün ilk müqayisəsi Bolmart və Araz marketləri arasında aparılacaqdır. 
16 Yanvar 2017 05:41
Alış-verişimiz rahat, qiymətləri isə narahatdır!
Tərəzi-2 layihəsinin növbəti müqayisəsini 15 yanvar tarixində, Neftçilər ərazisində yerləşən Araz və Rahat marketlər arasında apardıq. 

Paylaş