Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
09 Dekabr 2016 17:42   653


Böyütmək üçün şəklin üstünə tıkla
Merçendayzinq nədir

Merçendayzinq, satış nöqtələrində alıcıların diqqətini məhsula cəlb etmək üçün həyata keçirilən birbaşa tədbirlər toplusudur.

Bu tədbirlər özündə məhsulun marketlərdə strateji nöqtələrdə yerləşdirilməsini, rəflərdə düzülüşünü, POS materiallardan istifadə edilməsini və digər tədbirləri özündə cəmləyir. Merçendayzinqin ən çox əhəmiyyət daşıyan hissələrindən biri də visual merçendayzinqdir. Bəs, merçendayzinq nə üçün bu qədər əhəmiyyətlidir?

Araşdırmalar göstərir ki, müştərilərin 70%-i hansı məhsulu alacaqlarına market daxilində qərar verirlər. Bunun bir çox səbəbləri vardır. Hər şeydən öncə, bu, marketlərdə məhsulların çeşidlərinin bol olması ilə əlaqədardır. Supermarketlərdən əliboş çıxan müştərilərlə apardığımız sorğulardan belə məlum olur ki, müştərilər qiymətlərin münasib olmamasından daha çox, qərar verə bilmədikləri üçün əliboş qayıdırlar. Bu xüsusən də, kişi müştərilər üçün xarakterikdir.

Digər tərəfdən, artıq qloballaşan müasir dünya yeni müştəri tipinin ortaya çıxmasına səbəb olmuşdur. Televiziya və radionun yerinin internetlə əvəz olunması, ənənəvi reklamların təsirinin azalması nəticəsində artıq məhsulları bilavasitə görüb, toxunub, yoxlayıb almaq istəyən müştərilər nəsli formalaşır.

Bütün bu səbəblər merçendayzinqin, xüsusilə də, vizual merçendayzinqin rolunu artırır.

Ruslan Süleymanlı


Oxşar yazılar
12 Mart 2017 18:50
Evangelist marketinqi nədir?
Evangelizm – marketinqin “qulaqdan qulağa” şəklində genişlənən formasıdır.
10 Mart 2017 18:59
Binar opsion nədir?
Binar opsion səhm, indeks və ya əmtəələrin bazar qiymətinin müəyyən edilən vaxtda necə dəyişəcəyi ilə bağlı edilən əməliyyatlardır.
27 Fevral 2017 04:21
SMART analiz nədir?
Analizlər demək olar ki həyatımızın hər bir sahəsində yer alır. İstər tibb sahəsində, istər biznes sahəsində, istərsədə şəxsi həyatımızda analizlərdən istifadə olur.
16 Fevral 2017 13:44
WOMM nədir?
WOMM (World-of-Mouth-Marketing) dilimizə ağızdan-ağıza, ya da qulaqdan-qulağa marketinq kimi tərcümə edilir.
12 Fevral 2017 04:31
Partizan marketinqi nədir?
Partizan marketinq, qeyri adi marketinq fəaliyyətlərindən istifadə edərək maksimum nəticə əldə etməyə yönələn bir reklam (marketinq) strategiyasıdır.
10 Fevral 2017 11:17
Bençmarkinq nədir?
Bençmarkinq sözlü tərifi müqayisə, müqayisə etməklə bağlıdır.
09 Fevral 2017 17:21
Kross-satış nədir?
Eyni müştəriyə birdən çox məhsul satmaq kimi təyin oluna bilər. Bir satışa kross-satış deyə bilməyimiz üçün satılan iki məhsul arasında əlaqə olmalıdır.
12 Yanvar 2017 11:45
Augmented Reality (AR) nədir?
AR - artırılmış və ya zənginləşdirilmiş reallıq, gerçəklik kimi dilimizə tərcümə edilir və məna etibarı ilə də yazılanları əks etdirir.
18 Dekabr 2016 12:20
Guerilla Marketing nədir?
Guerilla (partizan) marketinqi daha az büdcə və yaradıcı marketinq taktikalarının istifadəsi ilə maksimum nəticə əldə etməyi hədəfləyən reklam strategiyasıdır. 
25 Noyabr 2016 13:39
Diskaunter nədir?
Endirim mağazaçılığı kimi də tanınan discount marketlər kiçik mağaza formatına sahibdirlər.

Paylaş