Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
x
Sorğu

Marketlərin qiymətləndirilməsi 5 ballıq sistem üzərindən aparlır:

1  – aşağı, 5  – yuxarı

Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.
Keyfiyyət : *
Qiymət :
Xidmət :
Çeşid :
Aksiyalar :

* Keyfiyyət – market daxili təmizlik, son istifadə tarixlərinə nəzarət və s.

09 Aprel 2017 19:18   846


Böyütmək üçün şəklin üstünə tıkla
Pusqu marketinqi nədir?

Pusqu marketinqi rəqiblərin hər hansı bir kütləvi tədbirdə aktiv iştirakına biganə qalmamaq və effektiv marketinq taktikası ilə qarşılıq verməkdir.

Yəni, bir növ pusquda durmaq və təsirli həmlələr üçün uyğun vaxtı gözləməkdir. Pusquda duran markalar adətən daha az səy və büdcə ilə daha effektiv nəticələr əldə edirlər.

Pusqu marketinqi termini ilk dəfə marketinq strateqi Jerry Welsh tərəfindən onun American Express şirkətində çalışdığı dövrlərdə istifadə edilmişdir. Bir çox ölkədə bu yanaşma qanunla qadağan edilmişdir və səbəbi növbəti misallarda aydın olacaqdır. Bundan əlavə kütləvi tədbirlər, idman hadisələri zamanı təşkilatçılar tərəfindən "ambush marketing" hücumlarına qarşı çox ciddi və sərt tədbirlər görülməkdədir.

Bunlar tenis topu deyil

Pringles, Wimbledon Tenis turnirinə sponsor olmasada, tenis topu qutularına bənzəyən qablaşdırmasında müəyyən dizayn dəyişikliyinə getmiş və "bunlar tenis topu deyil" yazısı ilə 24 min ədəd Pringles çipsini turnirin keçirildiyi ərazilərdə əhaliyə paylamışdır. Həmçinin oyunları izləmək üçün gələn insanların marağını cəlb etmək üçün Roger Federer və Björn Borg kimi tenis əfsanələrinin oxşarlarından və böyük pringles qutularından istifadə etmişdir.




The Spirit of Australia

Başqa bir maraqlı nümunə 2000-ci il Sidney olimpiadası zamanı yaşanmışdır. Olimpiadanın sloqanı belə idi: Share the Spirit və sponsorlarından biri də Ansett Air hava yolları şirkəti idi. Rəqibinin sponsorluq atakına qarşı bir digər Avstraliya hava yolları şirkəti Qantas operativ şəkildə sloqnını yeniləmiş - The Spirit of Australia - və bunun tamamilə təsadüf olduğunu bildirmişdi. Sloqanın insanlardakı psixoloji təsirini danmaq olmaz və marka da rəqibinə belə bir addımla cavab vermişdi.

 
Pusqu marketiniqini eyni zamanda markalar arası müharibə kimi də təqdim etmək olar. Rəqiblərin izlənməsi, atacaqları addımlar fonunda onlara əks zərbələrin vurulması bu metodun özəyini təşkil edir. Amma qeyd etdiyimiz kimi pusqu marketinqinə qarşı bir çox ölkədə sərt cəzalar tətbiq edilməkdədir. Cənubi Afrika Respublikasında keçirilən dünya çemponatı zamanı bir dəstə azarkeş xanım narıncı geyimləri ilə diqqət çəkmiş və elə oyun ərəfəsində şübhəli bilinərək istintaqa cəlb edilmişdi. Şübhələr ondan ibarət idi ki, bu xanımlar narıncı rənglə əslində Hollandiya millisini yox pivə markası Bavaria-nı təmsil edirdilər. Bavaria markasının bu addımı atmsındakı, yəni pusqu marketinqi taktikasından istifadə etməsindəki səbəb isə bir başqa pivə markası Budweiser-ın çempionatın rəsmi sponsoru olması idi. 

Image result for bavaria beer sponsor of world

Cavid Abbasov, Supermarketinq

Oxşar yazılar
01 Aprel 2017 13:46
Niş marketinq nədir?
Niş Bazar, istəkləri tam olaraq qarşılanmayan kiçik bir müştəri qrupunun istəklərini daha yaxşı qarşılaya bilmək üçün təyin olunan geniş əhatəli olmayan, kiçik bir bazar bölümüdür.
23 Mart 2017 07:17
Virus marketinqi nədir?
Virus marketinq (Viral marketing) termini ilk dəfə Draper Fisher Jurvetson tərəfindən 1997 ci ildə istifadə olunmuşdur.
12 Mart 2017 18:50
Evangelist marketinqi nədir?
Evangelizm – marketinqin “qulaqdan qulağa” şəklində genişlənən formasıdır.
10 Mart 2017 18:59
Binar opsion nədir?
Binar opsion səhm, indeks və ya əmtəələrin bazar qiymətinin müəyyən edilən vaxtda necə dəyişəcəyi ilə bağlı edilən əməliyyatlardır.
27 Fevral 2017 04:21
SMART analiz nədir?
Analizlər demək olar ki həyatımızın hər bir sahəsində yer alır. İstər tibb sahəsində, istər biznes sahəsində, istərsədə şəxsi həyatımızda analizlərdən istifadə olur.
16 Fevral 2017 13:44
WOMM nədir?
WOMM (World-of-Mouth-Marketing) dilimizə ağızdan-ağıza, ya da qulaqdan-qulağa marketinq kimi tərcümə edilir.
12 Fevral 2017 04:31
Partizan marketinqi nədir?
Partizan marketinq, qeyri adi marketinq fəaliyyətlərindən istifadə edərək maksimum nəticə əldə etməyə yönələn bir reklam (marketinq) strategiyasıdır.
10 Fevral 2017 11:17
Bençmarkinq nədir?
Bençmarkinq sözlü tərifi müqayisə, müqayisə etməklə bağlıdır.
09 Fevral 2017 17:21
Kross-satış nədir?
Eyni müştəriyə birdən çox məhsul satmaq kimi təyin oluna bilər. Bir satışa kross-satış deyə bilməyimiz üçün satılan iki məhsul arasında əlaqə olmalıdır.
12 Yanvar 2017 11:45
Augmented Reality (AR) nədir?
AR - artırılmış və ya zənginləşdirilmiş reallıq, gerçəklik kimi dilimizə tərcümə edilir və məna etibarı ilə də yazılanları əks etdirir.

Paylaş